Modern.az

Azərbaycanın tədris müəssisələrində Microsoft İT-Akademiyaları açılacaq

Azərbaycanın tədris müəssisələrində Microsoft İT-Akademiyaları açılacaq

14 Sentyabr 2009, 12:04

Microsoft korporasiyasının Azərbaycan nümayəndəliyi Təhsil Nazirliyi və Madad təşkilatı ilə birgə həyata keçirilən layihə çərçivəsində bu il məktəblərdə İT-Akademiyaların açılışına başlamağı planlaşdırır. Bu barədə Modern.az-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Akademiyaların açılışı bu il üçün planlaşdırılıb və gələcəkdə də inkişaf etdiriləcək. Akademiyalar Zərifə Əliyeva adına məktəbdə, Avropa liseyində və 7 saylı orta məktəbdə açılacaq. Qeyd olunan təhsil müəssisələri Microsoft-un innovasiya layihəsinin tərkib hissəsidir. Layihə çərçivəsində həmçinin müəllimlər üçün kursların təşkil olunacağı nəzərdə tutulub. Bundan əlavə online-məsləhətləşmələr üçün müəyyən vasitələr təqdim olunacaq. Gələcəkdə İT-akademiyalar həmçinin ali təhsil müəssisələrində də tətbiq olunacaq. Belə ki, bu cür akademiyalar Azərbaycan Dövlət Texniki Universitetində, eləcədə Bakı Dövlət Universitetində təşkil oluna bilər. Lakin hazırda akademiyalar üçün prioritet istiqamət hələ ki məktəblərdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi