Adlar barədə... bu yazını mütləq OXUYUN

21.02.2016, 15:24 MÜƏLLİFLƏR
img

Türkiyənin Giresun Universitetinin rektoru, azərbaycanlı Aygün Attar özü haqqında yayılan məlumatlar barəsində Modern.az saytına danışıb.

Qeyd edək ki, Giresundakı rəqibləri Aygün Attarı “seçkilərə tək namizəd olaraq girmək üçün rektora yaraşmayan işlərlə məşğul olmaqda” ittiham ediblər. İddialara görə, Aygün Attar rektor seçkilərində namizədliyini irəli sürən tək alternativ Cevdet Coşkunun professor-müəllim heyəti ilə seçkiqabağı təmaslarını əngəlləyir. Eyni zamanda bildirilir ki, Aygün Attar Cevdet Coşkunla görüşən müəllimləri də cəzalandırır və onun bu hərəkətləri barədə Yüksək Ööyrətim Kuruluna şikayət edilib.

Aygün Attar isə Modern.az saytına bildirib ki, onun haqqında yayılan məlumatlar yalandır və heç bir əsası yoxdur. 

“Azərbaycanda yayılan məlumatlarda “bunu Türkiyə mətbuatı yazır” kimi təqdim ediblər. Bu düzgün deyil. Çünki bu gün Türkiyədə yüzlərlə mətbuat orqanı var. Bu əsassız məlumatları Türkiyədə kimlərəsə yalandan yayıb və Azərbaycanda da bəzi saytlar bu formada verib. Əvvəla Giresin Universitetində rektor seçimləri olmayıb. Eyni zamanda, Yüksək Öyrətim Kurulu tərəfindən rektor seçimlərinin nə zaman olacağı dəqiq açıqlanmayıb”.

Prezidenti İlham Əliyevin tövsiyəsi ilə rektor təyin edilməsi məsələsinə aydınlıq gətirən A.Attar  vurğualyıb ki, onu rektor vəzifəsinə heç kim təyin etməyib. 

“Çünki Türkiyədə rektor təyin olunmur, seçilir. Yəni universitetin müəllimləri rektora səs verirlər və seçirlər. Bu gün Türkiyədə yayılan bu cür əsassız məlumatların Azərbaycana necə, nə cür və hansı məqsədlə gəldiyini, nə üçün belə şişirdildiyini çox gözəl bilirəm. Səbəbini sizə deyim: çünki bu gün Türkiyə cənab Baş nazir Əhməd Davudoğlu başda olmaqla, nazirlər, millət vəkilləri olmaqla tam demokratik ölkədir. Kim kimdən istəsə köşə və rəy yazar, paylaşmalar edər. Yəni bu gün 1 nəfərin ifadəsini sanki bütün Türkiyə mənə qarşıymış kimi təqdim etmək düzgün deyil. Azəri kökənlü bir qadın rektor olaraq hər zaman iki ölkədə sevgiylə qarşılanmışam. Bu əsassız və əhəmiyyətsiz məlumatları özümə qarşı kampaniya hesab etmirəm. Bu məlumatları Azərbaycan dünən gələndə eşitmişəm".

Bu kateqoriyadan olan yazılar