Eşşək məsələsində də erməni təxribatının izi görünür

27.10.2018, 16:16 MÜƏLLİFLƏR
img

MülatifAdurov,
telejurnalist

Bu günlərdə, demək olar ki, bütün saytlarda bir bəd xabəri narahatlıqla oxuculara çatdırırlar: “Azərbaycanda beş min uzunqulaq yoxa çıxıb”.

Nə az, nə çox, beş min baş!

Bir deyil, üç-beş baş deyil, beş min!

Çöldə-bacada onların cəmdəyi də üzə çıxmır. Çox güman ki, işbazlar onların ətini kəsib dönərxanalarda, şadlıq və mərasim salonlarında bizə yedirdiblər ya da nə yollasa diri-diri xarici ölkələrə ötürüblər.

İnanılası olmasa da, ekspertlər bunun dəqiqliyini sübut edirlər. Dəhşət! Görün adlarını iş adamları qoyan, qanı zəhərli adamlar (onara adam demək mümkünsə) bizə necə ətlər yedirdirlər!

Bir vaxtlar Şamaxı-Ağsu maqistral yolunun üstündəki “Muğan” restoranında müştərilərə eşşək ətinin  kababı verilirmiş. İaşə işçiləri ifşa olundular, uzunqulaqların kəllələrinin basdırıldığı yerlər müəyyənləşdirildi, təqsirkarlara cəzalar verildi.

Bu, ibrət olmadı.

Ekspertlər bir faktı da üzə çıxarıblar ki, nə vaxtsa Sovetlər dövründə hansısa erməni məmurlar ətlərinin yeyilməsini qadağan edən qərara eşşək, it, pişik heyvanlarının adlarını daxil etməyiblər. Beləcə, mentalitetimizə bilərəkdən zərbə vurulub. Gün kimi aydın idi ki, belə heyvanların xəstəliyindən insanlara keçən yoluxucu xəstəliklər ağır fəsadlar verir.

Nə qədər ki gec deyil, belə təlükələrdən yaxa qurtarmaq lazımdır. Səlahiyyətli qurumlar qəti qərar qəbul etməlidirlər. Sonrakı peşimancılığa son qoymaq üçün...

Bu kateqoriyadan olan yazılar