Modern.az

Prezident Bakıda yeni yol qovşağının açılışında iştirak edib

Prezident Bakıda yeni yol qovşağının açılışında iştirak edib

24 Sentyabr 2009, 12:08

Sentyabrın 24-də Bakının Babək prospekti ilə Məhəmməd Hadi və Mikayıl Əliyev küçələrinin kəsişməsində yerləşən yeni yol qovşağının açılışı olub. Mərasimdə Prezident İlham Əliyev  iştirak edib.
Dövlət başçısına məlumat verilib ki, “Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyəti tərəfindən inşa olunmuş yol qovşağı iki körpüdən, üç avtomobil keçidindən ibarətdir. Yol qovşağının uzunluğu 2116 metr, giriş və çıxışları ilə birlikdə isə 2500 metrdən artıqdır. Eni 23,4 metr olan yol qovşağı 2 enmə və 2 qalxma zolağından ibarətdir. Yol qovşağında iki yerdə piyada keçidi də tikilib.
Prezident İlham Əliyev yol qovşağının açılışını bildirən lenti kəsib, bu münasibətlə inşaatçıları təbrik edib.
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər