Oktyabrın ortalarında Azərbaycan, Litvia və Polşa parlament nümayəndələri arasında üçtərəfli debat keçiriləcək. Bu barədə Azərbaycanda səfərdə olan Litva Resrublikası Seyminin sədr müavini Çeslovas Stankeviçius məlumat verib. Onun sözlərinə görə, debatda ekspertlər bu ölkələrin qanunvericilik bazaları barədə məlumat verəcəklər.
Çeslovas Stankeviçius deyib ki, onun ölkəsi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: «Litva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinin tərəfdarıdır. Biz Azərbaycanın ərazi bütövlüyü məsələsində qəti mövqedəyik. Eyni zamanda, məsələnin sülh yolu ilə həlli tərəfdarıyıq. Litva birmənalı olaraq zroblemin beynəlxalq hüquq normaldarı və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini istəyir".