Modern.az

Qabil-90: Xalq şairi FOTOLARDA

Qabil-90: Xalq şairi FOTOLARDA

Fotosöhbət

12 Avqust 2016, 13:10

Avqustun 12-si mərhum Xalq şairi Qabil İmamverdiyevin doğum günüdür. Qabil 2007-ci il aprelin 4-nə keçən gecə 81 yaşında vəfat edib. Şairin ölümünə ürək çatışmazlığı səbəb olub.

Qabil İmamverdiyev 1926-cı il avqustun 12-də Bakıda anadan olub. 1948-ci ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil-ədəbiyyat fakültəsini, 1956-cı ildə Moskvada ali ədəbiyyat kursunu bitirib. Müxtəlif ədəbi-bədii qəzet və jurnallarda, Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. «Gəl baharım» adlı ilk şeiri 1944-cü ildə «Ədəbiyyat və incəsənət» qəzetində çap olunub. İlk şeirlər kitabı - «Səhər açılır» 1950-ci ildə nəşr edilib. O, “Azərbaycan” jurnalı redaksiyasında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini vəzifələrində işləyib. Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının sədri olub. 2006-cı ildə Xalq şairi «İstiqlal» ordeni ilə təltif olunub. Şair həmçinin dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi olub, «Şöhrət» ordeni alıb.

Modern.az saytı Qabilin fotolarını təqdim edir. Qeyd edək ki, bu gün şairin 90 illik yubileyidir…

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi