Modern.az

Tələbə adı qazananlar arasında oğlanlar çoxdur, qızlar? - Rəsmi STATİSTİKA

Tələbə adı qazananlar arasında oğlanlar çoxdur, qızlar? - Rəsmi STATİSTİKA

15 Avqust 2016, 10:02

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini avqustun 11-də elan edib.

Modern.az xəbər verir ki, nəticələrə əsasən, ali təhsil müəssisələrinin 41736 plan yerinin müsabiqəsində  38118 abituriyent iştirak edib. Onlardan 34224 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. Qəbul olanların 16369 nəfərini oğlanlar, 17855 nəfərini qızlar təşkil edir. 12309 nəfər dövlət sifarişi əsasında, 21915 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Tələbə adı qazanmış şəxslər 2016-cı il avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaqdır. Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq.

Qeyd edək ki, ali təhsil müəssisələrinə I mərhələdə qəbul olmayan abituriyentlər orta ixtisas təhsili müəssisələrinə də ərizə təqdim ediblərsə, onlar öz elektron ərizələrində ali təhsil müəssisələrinin boş qalan yerləri ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin də ixtisaslarını göstərə bilərlər.  


Qəbul planı, bölmələr və qruplar üzrə qəbul, oğlan və qız abituriyentlərin qəbul göstəriciləri haqqında statistik məlumatlar aşağıdakı cədvəllərdə təqdim olunur:



ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ (DÖVLƏT VƏ ÖZƏL) QƏBUL OLAN ABİTURİYENTLƏRİN SAYI HAQQINDA MƏLUMAT
(I mərhələdən sonra)

 

 

İxtisas

qrupu

Qəbul

planı

Qəbul olub (o cümlədən, dövlət sifarişi əsasında)

Qəbulolma

faizi

Vakant
yerlərin
sayı (%)

Azərbaycan bölməsi

Rus
bölməsi

Bölmələr
üzrə cəmi

I

13610

9708 (5102)

1087 (526)

10795 (5628)

79.31

2816 (20.69)

II

12205

8564 (1723)

1203 (178)

9767 (1901)

80.02

2438 (19.98)

III

9757

7802 (2480)

675 (120)

8477 (2600)

86.88

1280 (13.12)

IV

3310

2496 (1363)

143 (63)

2639 (1426)

79.73

671 (20.27)

V

2854

2227 (661)

319 (93)

2546 (754)

89.21

308 (10.79)

CƏMİ

41736

30797 (11329)

3427 (980)

34224 (12309)

82.00

7513 (18.00)

 

 Oğlan abituriyentlərin qəbul göstəriciləri

 

İxtisas

Qəbul edilibdir (o cümlədən, dövlət sifarişi əsasında)

qrupu

Azərbaycan bölməsi

Rus bölməsi

Bölmələr üzrə cəmi

I

5648 (2960)

669 (305)

6317 (3265)

II

5387 (985)

605 (77)

5992 (1062)

III

1784 (339)

121 (8)

1905 (347)

IV

626 (354)

29 (18)

655 (372)

V

1351 (376)

149 (38)

1500 (414)

Qruplar üzrə cəmi

14796 (5014)

1573 (446)

16369 (5460)

 

 Qız abituriyentlərin qəbul göstəriciləri

 

İxtisas

Qəbul edilibdir (o cümlədən, dövlət sifarişi sasında)

qrupu

Azərbaycan bölməsi

Rus bölməsi

Bölmələr üzrə cəmi

I

4060 (2142)

418 (221)

4478 (2363)

II

3177 (738)

598 (101)

3775 (839)

III

6018 (2141)

554 (112)

6572 (2253)

IV

1870 (1009)

114 (45)

1984 (1054)

V

876 (285)

170 (55)

1046 (340)

Qruplar üzrə cəmi

16001 (6315)

1854 (534)

17855 (6849)



Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi