Modern.az

Azərbaycanlı biznesmenin qatilləri tutuldu

Azərbaycanlı biznesmenin qatilləri tutuldu

15 Avqust 2016, 16:51

Leninqrad vilayətində Vsevolovski rayon cinayət axtarış idarəsinin əməliyyatçıarı azərbaycanlı biznesmenin Vəli Hümbətovun qətlində şübhəli bilinən iki nəfəri saxlayıblar. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, saxlanılanlardan biri 7-ci polis bölməsinin keçmiş əməkdaşı Boris Kuşnirdir.

 

 

Onlar yoxa çıxan iş adamını dostu Mixail Yurtsevlə boğandan sonra qarət edib beləliklə 200 min rubl borcu qaytarmamağı qərara alıblar. Ödürülən Vəli Hümbətov Leninqrad vilayətinin Lujski rayonunda istixanada tərəvəz yetişdirməklə məşğul olub. Kuşnir Yurtsevlə aldıqları malın pulunu qaytarmalı idi.

 

 

Biznesmenin həyat yoldaşı onun yoxa çıxması haqda Daxili İşlər Nazirliyinə avqustun 1-də, o, tərəfdaşları ilə görüşdən qayıtmadıqdan sonra xəbər verib. Bundan əlavə, Hümbətovun mənzilindən 400 min rubl da yoxa çıxıb. Müşahidə kamerasında görünür ki, Kuşnir və Yurtsev biznesmen və pul yoxa gün Hümbətovun evinin yaxınlığında olublar. Saxlanılandan sonra onlardan biri hadisə törətdiyini etiraf edib.

 

İstintaq Komitəsi qətllə bağlı cinayət işi qaldırıb. Hazırda saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyatçılar biznesmenin meyitini axtarırlar.

 

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir