Modern.az

Ələtdə baş verən qəzada sürücü öldü

Ələtdə baş verən qəzada sürücü öldü

Hadisə

16 Avqust 2016, 10:58

Qaradağ rayonunun Ələt qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə avqustun 15-də saat 01 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində baş verib.

 

Bakı şəhər sakini Rəfayel Cəbrayılovun idarə etdiyi “Mercedes” və İsmayıllı rayon sakini Ürfət Quliyevin idarə etdiyi “KamAZ-5511” markalı avtomobillər toqquşub.

 

Yaralı R.Cəbrayılov hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya yerləşdirilib və orada ölüb.

 

Faktla bağlı Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü