Modern.az

Natiq Cəfərlinin məhkəməsi qapalı olacaq

Natiq Cəfərlinin məhkəməsi qapalı olacaq

Hadisə

16 Avqust 2016, 11:18

Nərimanov rayon məhkəməsi tərəfindən barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilən "REAL" hərəkatının İdarə Heyətinin üzvü Natiq Cəfərlinin məhkəməsi keçiriləcək.

 

Modern.az-ın xəbərinə görə, bu barədə vəkil Cavad Cavadov məlumat verib.

 

O deyib ki, rayon məhkəməsinin qərarından verilən şikayətə sabah Bakı Appelyasiya Məhkəməsində baxılacaq. Məhkəmə prosesi qapalı keçiriləcək.

 

Xatırladaq ki, Natiq Cəfərli vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir.

 

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı