Modern.az

Bakıda qatil xəstəxanaya yerləşdirildi

Bakıda qatil xəstəxanaya yerləşdirildi

16 Avqust 2016, 12:08

Daxili İşlər Nazirliyi Bakıda meyit tapılması hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

 

Modern.az-ın xəbərinə görə, məlumatda bildirilib ki, avqustun 14-də Nəsimi rayonu ərazisində - Moskva prospektindən üzərində zorakılıq əlamətləri (kəsici-deşici alətlə yetirilmə xarakterli) olan 20-25 yaşlı kişi meyiti tapılıb.

 

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əmədaşları tərəfindən qətlə yetirilənin Bakı şəhər sakini Vidadi Məmmədov olması müəyyən edilib.

 

Araşdırmalar zamanı həmin gün V.Məmmədovla paytaxt sakini Ümid Məmmədov arasında münaqişə baş verməsi və onların bir-birinə bıçaqla xəsarət yetirmələri müəyyən edilib. Ü.Məmmədov Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?