Modern.az

Azərbaycanda müəllim "Facebook"da status yazıb, özünü ASDI

Azərbaycanda müəllim "Facebook"da status yazıb, özünü ASDI

Hadisə

19 Avqust 2016, 10:00

Quba rayonunda intihar hadisəsi baş verib. Modern.az saytı xəbər verir ki, rayonun Xaltan kənd sakini, 1961-ci il təvəllüdlü Bayram Seyidov özünü yaşadığı evdə asıb.

Bayramov Seyidov hadisədən öncə özünün Facebook profilində intihar edəcəyi barədə statuslar yazıb. O, ölən ata və anasının şəklini paylaşaraq, “gözləyin, mən də sizin yanınza gəlirəm” yazıb.

Bayram Seyidov intihar etməzdən öncə bu statusları da Facebook-da qeyd edib.

“İNDİ QARŞILAŞA BİLMƏDİK. O DÜNYADA YƏQUN ÜZ-ÜZƏ GƏLƏRİK. ONDA DA DİKTƏ İLƏ DANIŞACAQSINIZ?((( YAZIQLAR OLSUN”

585 DOSTDAN AYRILMAQ((((((  ANCAQ SİZİ RUHUM DA BAĞIŞLAMAYACAQ (ünvanlı) (((((

GEDİRƏM A DOSTLAR SÖZÜM SÖHBƏTİM
NEÇƏ ŞİRİN ŞİRİN DİLLƏRƏ QALDI”


APA-nın məlumatına görə, uzun müddət müəllim işləmiş B. Seyidov təqaüddə olub.

 

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırmalar aparılır.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?