Modern.az

Ermənistan cəmiyyəti və Qarabağ problemi

Ermənistan cəmiyyəti və Qarabağ problemi

Qarabağ

21 İyul 2017, 17:08

Bu gün Qarabağ hələlik məğlub kimi görünən Azərbaycanın ən ağrılı problemidir. Amma qalib kimi görünən, Qarabağ savaşında müvəqqəti qələbə qazanmış Ermənistan da 25 ildir ki, bu münaqişənin doğurduğu problemlərdən ciddi əziyyət çəkir.

 

 Belə ki, faktiki olaraq, Ermənistan işğalçılıq siyasətinə görə Cənubi Qafqz regionunun autsayderinə çevrilib. Qonşuları Azərbaycan və Türkiyə ilə sərhədləri bağlı olan Ermənistan bu gün özünü iqtisadi, nəqliyyat və siyasi təcrid durumuna gətirib. Sovet İttifaqı dövründə ən yüksək həyat səviyyəsi olan respublikalardan sayılan Ermənistan bu gün bütün göstəriciləri ilə orta əsrlər dövrünə qədər geriləyib. Bu ölkədə işsizlik rəsmi rəqəmlərə görə 34,5%-ə çatır, 1989-vu ildə burda 4,2 milyon insanın yaşayırdısa, bu gün həmin rəqəm 2,9 milyona qədər azalıb. Robert Koçaryan və Serj Sarkisyanın başçılığı altındakı hərbi xunta Yerevanda hakimiyyəti ələ alaraq yerli ermənilər üçün dözülməz yaşayış Ermənistanı yaşayış üçün dözülməz ölkəyə çeviriblər.

 

İqtisadiyyatın ayrı-ayrı sahələrinin kiçik bir qrup məmur-oliqarxlara verilməsi, ədalətli məhkəmə sisteminin olmaması, işsizlik, maaşların azlığı, Qarabağda yeni müharibə qorxusu düşmən ölkədə intihar və mühacirəti artırıb. Aprel döyüşlərindən sonra erməni cəmiyyəti Dağlıq Qarabağ müharibəsinin ciddi təhlükə törətdiyini tam şəkildə anladı. 4 gün ərzində 106 nəfər itki verən (Ermənistan düzgün rəqəmləri heç vaxt açıqlamır –V.İ) Ermənistan 90-cı illərdə qazandıqları təsadüfi uğurlarının davamlı olmayacağını, hərbi-siyasi şərtlərin tamamilə dəyişdiyini anladı. Ümumiyyətlə, 80-ci illərin sonlarında Qarabağda separatçı hərəkat baş qaldıran zamandan bəri erməni cəmiyyətinin münaqişənin həlli ilə bağlı mövqeyinin çox sərt olduğu açıq-aşkar görünür.

 

Münaqişənin həllini radikal və güzəştsiz münaqişədə görən ermənilər 1994-cü ildən bəri mövqelərini daha da sərtləşdirmişdilər. Belə ki, Bişkek protokolundan sonra aparılan danışıqlarda ilk növbədə 7 ətraf rayonun qeyri-şərtsiz azad olunması və Dağlıq Qarabağa ən yüksək muxtariyyətin verilməsi nəzərdə tutulurdusa, növbəti illərdəki danışıqlar zamanı Ermənistan tərəfi Laçın və Kəlbəcərin statusu ilə bağlı qeyri-müəyyən açıqlamalar verməyə, Dağlıq Qarabağda müstəqillik referendumu təklifi ilə çıxış etməyə başlamışdılar. Halbuki, Ermənistanın hazırki prezidenti Serj Sarkisyan Ağdamın heç zaman erməni ərazisi olmadığını və Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli, Ağdam və Kəlbəcər rayonlarının təhlükəsizlik zonası kimi onlara lazım olduğunu dəfələrlə elan etmişdi. Bu açıqlama düşmən ölkənin radikal dairələri tərəfindən sərt qarşılanmışdı. Aprel döyüşləri və onun ardınca “Sasna Tser” qruplaşmasının polis alayının binasına hücumu Yerevanda kompromisə qarşı olan qüvvələrin çoxluq təşkil etdiyini göstərir. Son parlament seçkilərində siyasi partiyalardan heç birinin proqramında Dağlıq Qarabağla bağlı güzəşt proqramının olmaması da erməni cəmiyyətinin güzəştlərə hazır olmadığını göstərdi.

 

Təmas xəttində verilən çoxsaylı itkilər, bağlı sərhədlər, kütləvi mühacirət və s. erməni xalqını psixologiyasına dərindən yeridilmiş dənizdən dənizə Böyük Ermənistan xülyasından ayılda və hadisələrə soyuqqanlı gözlə baxmağa imkan vermir. Görünür ki, xülyadan ayılaraq acı reallığa baxmaq üçün Ermənistana daha miqyaslı və sərt aprel silkələnməsi lazımdır...

 

Vüqar İSMAYILOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?