Modern.az

Qarabağda müharibə başlasa, Rusiya konkret mövqe seçəcək – Tanınmış ekspertdən PROQNOZ  

Qarabağda müharibə başlasa, Rusiya konkret mövqe seçəcək – Tanınmış ekspertdən PROQNOZ   

26 İyul 2017, 12:07

Moskva Karnegi Mərkəzinin Elmi Şurasının üzvü, professor, tanınmış politoloq Aleksey Malaşenkon Dağlıq Qağlıq Qarabağ münaqişəsinin həll edilməsinin real perspektivini görmür.

 

Modern.az saytının məlumatına görə, Malaşenko Ermənistan mətbuatına müsahibəsində bildirib ki, Qarabağ problemi ən azı yaxın gələcək üçün əbədi münaqişə hesab oluna bilər.

 

Politoloq Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən görüşündən də danışıb. O bildirib ki, görüş baş tutsa belə, bundan heç bir nəticə gözləməyə dəyməz.

 

“Hazırda hərbi toqquşmalardan qaçmaq imkanları prioritetdir. Amma bunun özü də münaqişənin həlli deyil. Mənim Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan başçısı Serj Sarkisyanın görüşündən nəsə gözləntim yoxdur. Bu, sadəcə çoxsaylı görüşlərdən biri olacaq. Aydındır ki, danışıqlar olacaq, amma, konfliktin həll edilməsi üçün real perspektiv yoxdur”.

 

Ekspert  Rusiyanın Qarabağ cəbhəsindəki hərbi toqquşmaların qarşısının almasında hansı rol oynaması barədə sualı da cavablandırıb. O bildirib ki, Rusiya münaqişənin hərbi yolla həllində maraqlı deyil.

 

“Silahlı münaqişə başlayarsa, Rusiya hansısa bir mövqe seçməyə məcbur olacaq. Söhbət hakim rolundan çıxış etməkdən getmir. Rusiya sülh prosesini dəstəkləyir və bu mövqe onu tamamilə qane edir”-deyə Malaşenko əlavə edib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi