Modern.az

Ermənilər Ağdərədən mövqelərimizi topla atəşə tutmaq istədilər – özləri yaralandılar

Ermənilər Ağdərədən mövqelərimizi topla atəşə tutmaq istədilər – özləri yaralandılar

Qarabağ

26 Avqust 2017, 12:16

Ağdərədəki yerləşən Ermənistan ordusunun hərbi hissələrinin birində iki hərbçi yaralanıb.

 

Modern.az saytı haqqın.az-a istinadən xəbər verir ki, bu haqda sosial şəbəkələrin erməni istifadəçiləri məlumat yayıblar.

 

Məlumata görə, hərbi qulluqçular – Qrişa Sovoyan və Manvel Sadoyan - top qundağının zərbəsi nəticəsində ağır xəsarət alıblar. Onlar təcili hospitala yerləşdiriliblər. 

 

Onların Azərbaycan mövqelərinə atəş açmaq istədikləri bildirilir.

 

Qeyd olunur ki, hadisə artilleriya qurğusunu quraşdırarkən hərbçilərin təcrübəsizliyi ucbatından baş verib.

 

Yaralı hərbçilərin qohumları isə bildiriblər ki, Ermənistan ordusunun son zamanlar orduda baş verən bu cür hadisələri gizlədir. 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı