Modern.az

Qarabağda daha bir erməni əsgər öldü

Qarabağda daha bir erməni əsgər öldü

1 Sentyabr 2017, 18:13

Bu gün Azərbaycanın işğal olunmuş ərazisində erməni əsgəri ölüb. Modern.az xəbər verir ki, bu barədə məlumatı “news.am” saytı yayıb.

Məlumata görə, hadisə bu gün saat 11:50-də Dağlıq Qarabağın şərqində baş verib.

 

Mina partlayışı nəticəsində 1998-ci il təvəllüdlü hərbi qulluqçu Ayk Xaçatryan ölüb. Separatçı rejimin “Müdafiə Nazirliyi” faktla bağlı araşdırma aparır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir