Modern.az

Onlar bələdiyyə sədrlərini cərimələyə bilməz – Deputat Milli Məclisdə məsələ qaldıracaq

Onlar bələdiyyə sədrlərini cərimələyə bilməz – Deputat Milli Məclisdə məsələ qaldıracaq

5 Sentyabr 2017, 09:53

“Bələdiyyələrin fəaliyyətində nöqsanlar var. Son zamanlar şahidi oluruq ki, tullantıların yandırılmasına görə, bələdiyyə sədrləri 2000, 3000 manat cərimə olunurlar. Axı tullantıların toplanması, yığılması, məhv edilməsi bələdiyyələrin səlahiyyətinə aid deyil. Bununla əlaqədar yerlərdə müvafiq orqanlar var”.

 

Bunu Milli Məclisin Regional məsələlə komitəsinin üzvü Tahir Rzayev Modern.az-a açıqlamasında deyib.

 

Deputat hesab edir ki, tullantıların toplanması, yığılması, məhv edilməsi bələdiyyələrin səlahiyyətinə verilməlidir.

 

“Bundan sonra həmin bələdiyyə rəhbərlərinin cərimələnməsini daha məqbul hesab edərdim. Amma hansısa orqan buna cavabdehdir və bələdiyyə işçiləri cərimələnirsə bu doğru yanaşma deyil. Belə olmamalıdır. Bu bizi də, bələdiyyələri də narahat edir”.

 

T.Rzayev bildirib ki, bələdiyyələrin ekoloji vəziyyəti qorumağa cavabdehdirlər.

 

“Onların nizamnamələrində də qeyd edilib ki, bələdiyyələr ekoloji proqramlar həyata keçirsin, təmizliyi qorusun, yaşıllıqları artırsınlar.  Yenə də deyirəm ki, tullantıların toplanması, yığılması, məhv edilməsi bələdiyyələrin səlahiyyətinə aid deyil. Mən bununla əlaqədar Milli Məclisdə iclas zamanı da məsələ qaldıracağam”. 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir