Modern.az

Akif Əli Lütfi Zadəyə dediyi sözə görə üzr istədi  

Akif Əli Lütfi Zadəyə dediyi sözə görə üzr istədi   

8 Sentyabr 2017, 13:00

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin dünyaca məşhur azərbaycanlı alim Lütfi Zadə haqqında söylədiyi “fındıqbaş” ifadəsi cəmiyyətdə səs-küyə səbəb olub. Rəsmi qurumun mətbuat xidmətinin bu cür fikirlər səsləndirməsi sosial şəbəkələrdə müzakirəyə çıxarılıb.


Modern.az-ın məlumatına görə, Akif Əli az öncə Facebook sosial şəbəkəsində yeni açıqlama verərək, üzr istəyib. O deyib:


“ABŞ-da yaşayan və vəfat edən xalqın sevimli alimi Lütfi Zadənin harada dəfn ediləcəyi ilə bağlı “Qafqazinfo” müxbirinin səhər-səhər hələ iş başlamamış, hələ mən qəzetlərlə, mətbuatdakı son xəbərlərlə tanış olmamış mənə verdiyi tələsik sualın tələsik cavabı haqlı narazılıq doğurub. Təəssüf edirəm ki, biz həmişə qarşılıqlı anlaşma şəraitində işlədiyimiz saytın müxbiri ilə telefonda bir-birimizi düz başa düşməmişik. Mən həqiqətən alimin dəfni ilə əlaqədar təfərrüatlara malik deyiləm. Və bunu bildirmişəm. Əgər yerinə düşməyən, bəlkə də emosional ifadələr olubsa, üzr istəyirəm. Tanrı xalqın böyük aliminin ruhunu şad etsin!”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir