Modern.az

Vaqif Bayatlı sentyabrın 20-dən sonra Türkiyəyə aparılacaq

Vaqif Bayatlı sentyabrın 20-dən sonra Türkiyəyə aparılacaq

8 Sentyabr 2017, 16:59

“Durumu əvvəlki kimidir. Biz Türkiyəyə getməyi planlaşdırırıq. Hələlik, havalar buna imkan vermir.Vaqif müəllim həm isti havada, həm də təyyarə vasitəsilə harasa getməkdə çətinlik çəkir. Bu, onun səhhəti üçün münasib deyil. Ona görə də, biz havaların daha da sərinlənməsini gözləyirik. Düşünürük ki, inşallah, senytabrın 20-dən sonra Vaqif müəllimi Türkiyəyə aparaq”.

Bunu Modern.az saytına açıqlamasında tanınmış şair Vaqif Bayatlı Odərin həyat yoldaşı Tamam Bayatlı bildirib.

 

Qeyd edək ki, ötən il avqustun 10-da səhhəti qəfil pisləşən Vaqif Bayatlı təcili sürətdə xəstəxanaya aparılıb və orada uğurlu beyin əməliyyatı keçirib. Lakin əsas problem yuvası olan ürək nayihəsində əməliyyat aparılmadı. Tamam Bayatlı açıqlamasında elə budəfəki səhərin məqsədinin ürək əməliyyatı olacağını bildirib:

“Hələlik, durumu ümumi götürsək, sabitdir. Amma gözləyək görək, Türkiyədə beynini yoxladqdan  sonra nə deyəcəklər. Əgər beynində ötən il aparılan əməliyyatın nəticəsi yaxşıdırsa, o zaman ürək əməliyyatına da  icazə veriləcək. O zaman inşallah, ürək əməliyyatı olunub, Bakıya qayıdacağıq”.

 

N.Nihad

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir