Modern.az

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

8 Sentyabr 2017, 23:33

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 7-də 56,36 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,15 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 7-də 55,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,16 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 7-də 51,84 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,38 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 7-də 53,97 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,73 dollar/barel azdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?