Modern.az

Mehman Əliyev təşəkkür etdi - AÇIQLAMA  

Mehman Əliyev təşəkkür etdi - AÇIQLAMA    

Media

11 Sentyabr 2017, 13:33

"Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev həbsdən ev dustaqlığına buraxılıb.

Modern.az xəbər verir ki, Mehman Əliyev azadlığa çıxandan sonra mətbuata açıqlamasında ilk növbədə ona dəstək verdiyinə görə, Azərbaycan ictimaiyyətinə təşəkkür edib. 

O, deyib ki. “Turan” Agentliyinə qarşı açılan cinayət işinin sübuta yetməyəcəyinə inandığını vurğulayıb.

O, təcridxana normal münasibət gördüyünü bildirib.

M.Əliyev ölkə başçısına müraciət etdiyini, orada özünün jurnalist fəaliyyəti, “Turan”ın işi, açılan cinayət işi barədə məlumat verdiyini xatırladıb.

“Qeyd etdim ki, mən istintaqdan yayınmamışam. Onlarla əməkdaşlıq etmişəm. Bunu nəzərə alaraq, xahiş edirdim ki, qəti imkan tədbiri dəyişdirilsin. Bu gün də (sentyabrın 11-i) yenə eyni şəkildə Yasamal Rayon Məhkəməsinə bir məktub göndərdim. Bu da baş verdi”.

“Turan”ın bundan sonrakı işinə gəlincə, o, “bizim vəsaitimiz yoxdur, bank hesablarımız bağlanıb, “Turan”ın bundan sonra necə fəaliyyət göstərəcəyi bilinmir” deyib.

O, həbsdən buraxalandan sonra birbaşa öz evinə gedib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir