Modern.az

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

İqtisadiyyat

12 Sentyabr 2017, 23:33

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 11-də 55,86 dollar/barel təşkil edib ki, bu da ötən cümə gününə olan göstəricidən 0,76 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 11-də 55,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,79 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın11-də 51,08 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,74 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 11-də 53,97 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,46 dollar/barel azdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı