Modern.az

Milli Kitab Mükafatı nə zaman keçiriləcək?  

Milli Kitab Mükafatı nə zaman keçiriləcək?   

Ədəbi̇yyat

13 Sentyabr 2017, 17:28

Əvvəllər Azərbaycan ədəbiyyat mühitində əsl rezonansa səbəb olan Milli Kitab Mükafatı artıq bir neçə ildir ki, keçirilmir. Sonuncu dəfə 2014-cü ildə təşkil olunan müsabiqə həqiqətən də yazar və oxucuların  böyük marağında səbəb olsa da, üç illik fəaliyyətdən sonra dayandırılıb.

Qeyd edək ki, mükafatın təsisçisi, “Əli və Nino” kitab mağazaları şəbəkəsinin direktoru Nigar Köçərli 2014-cü ildə mətbuata açıqlamasında gələn il (2015-ci il) MKM-in keçirilməyəcəyini, ondan sonrakı illərdə isə baş tutub-tutmayacağının dəqiq bilmədiyini demişdi. Səbəb kimi isə özünün çox yorulduğunu bildirmişdi.

Modern.az məsələ ilə bağlı Nigar Köçərli ilə əlaqə saxlayıb. Nigar xanım hələ ki bu barədə hər hansı bir məlumatın olmadığını, olan kimi də mətbuata açıqlama verəcəyini bildirib.

Qeyd edək ki, MKM ardıcıl olaraq üç il keçirildi. Müsabiqə iki mərhələdə aparılırdı. Ekspertlərin dəyərləndirdiyi qısa siyahı 10 nəfərdən ibarət tanınmış jüri heyətinə oxumaq üçün təqdim edilirdi. Məhz onlar 10 ballıq sistemlə qalibləri müəyyən edirdilər.

Müsabiqənin qalibləri Pərviz Cəbrayıl, Elxan Qaraqan və Zakir Sadatlı (ölümündən sonra) olublar.

N.Nihad

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu