Modern.az

Arif Məlikovun səhhəti pisləşdi

Arif Məlikovun səhhəti pisləşdi

14 Sentyabr 2017, 12:38

“Yaşıma görə ömrüm də uzundur. Bilmirəm, Allah mənə nə qədər ömür verib... Hələ ki yaşımın son nöqtəni qoyan vaxtı deyil”.


Bunu Modern.az-a açıqlamasında tanınmış bəstəkar, Xalq artisti Arif Məlikov son vaxtlar səhhətində yaranmış problemlərdən danışarkən deyib.

Bəstəkar son vaxtlar səhhətində yararan problemlərə görə işə çıxa bilmədiyini dilə gətirib.

“Neçə vaxtdır ki, yataq rejimində müalicə olunuram. Gah mədəm ağrıyır, gah da ayaqlarım. Müalicə-müayinə üçün xarici ölkə həkimlərinə müraciət etməmişəm. Yerli həkimlər evimdə gəlib, tez-tez yoxlayırlar məni. Həkim gəlib damarıma iynə vurur və necə olduğumu soruşanda deyirəm, indi də ayaqlarım ağrıyır, ürəyim bulanır. O da deyir ki, “eybi yox, düzələcək”. Bu minvalla hər gün bir resept yazır. Evdəkilər də dərhal gedib iynə-dərmanı aptekdən alıb gətirirlər. Bir sözlə, səhər dərman al, axşam dərman al. O qədər işlərim var ki! Onları həyata keçirmək istəyirəm. Ona görə də sağlamlıq vacibdir”.


Qeyd edək ki, Arif Məlikov  1933-cü il sentyabrın 13-də  Bakı şəhərində anadan olub. O, 1960-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib. “Məhəbbət Əfsanəsi" baleti Arif Məlikova dünya şöhrəti qazandırıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?