Modern.az

Komitə sədri Azərbaycanın daha da inkişaf edəcəyinin anonsunu verdi

Komitə sədri Azərbaycanın daha da inkişaf edəcəyinin anonsunu verdi

15 Sentyabr 2017, 11:15

““Yeni Əsrin Müqaviləsi” ölkəmiz üçün çox əhəmiyyətlidir. 2050-ci ilə qədər Azərbaycan iqtisadiyyatı həm neft hesabına, həm də dayanıqlı iqtisadiyyat hesabına daha da inkişaf edəcək”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Ziyad Səmədzadə deyib.

 

Deputat bildirib ki, 2050-ci ilə qədər Azərbaycan iqtisadiyyatı həm neft hesabına, həm də dayanıqlı iqtisadiyyat hesabına daha da inkişaf edəcək.

 

Deputat Vahid Əhmədov deyib ki, "Əsrin müqaviləsi"nin davamı olaraq imzalanan sənədin Azərbaycan üçün böyük əhəmiyyəti var:
“SOCAR-ın payının artırılması, həmçinin Azərbaycanın mənfəət neftində payınmın artırılması çox əhəmiyyətlidir. Beynəlxalq təşkilatlar, dövlətlər, maliyyə şirkətləri Azərbaycanda bu kontraktın imzalanmasında iştirak etdilər. Bu da müstəqilliyə verilən töhfədir”.

Xatırladaq ki, ötən gün Azərbaycan hökuməti və SOCAR “BP”, “Chevron”, “İNPEX”, “Statoil”, “ExxonMobil”, “TP”, “İTOCHU” və “ONGC Videsh” şirkətləri ilə bu gün “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzalayıblar.

 

Sazişə görə,  hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişə əsasən BP layihənin operatoru olaraq qalacaq. 

 

Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna $3.6 milyard bonus ödəyəcəklər. Növbəti 32 il müddətində AÇG-yə $40 milyarddan artıq sərmayə qoyulması potensialı var. 

 

Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdə olacaq: BP- 30,37%; SOCAR- 25,00%; Chevron- 9,57%; INPEX- 9,31%; Statoil- 7,27%; ExxonMobil- 6,79%; TP- 5,73%; ITOCHU- 3,65% və ONGC Videsh Limited (OVL)- 2,31%.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir