Modern.az

ABŞ Türkiyəyə qarşı sanksiya tətbiq edə bilər

ABŞ Türkiyəyə qarşı sanksiya tətbiq edə bilər

15 Sentyabr 2017, 14:35

ABŞ Türkiyənin Rusiyadan aldığı S-400 raketlərinə görə bu ölkəyə qarşı sanksiyalar tətbiq edə bilər.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Demokratlar partiyasının nüfuzlu senatoru Ben Kardin bununla bağlı təklif verib. Onun fikrincə, ABŞ-ın Kremlə qarşı sanksiyaları gücləndirdiyi məqamda Ankaranın bu ölkədən silah alması NATO-ya üzvlüklə doğru gəlmir.

 

Maliyyə naziri Stiven Mnuçin və Dövlət katibi Reks Tillersona məktub ünvanlayan senator Ankaraya silah satışının dayandırılması və NATO-ya üzvlüyü ilə bağlı müzakirələrə ehtiyac olduğunu vurğulayıb.

 

Ankara və Moskva bir neçə gün öncə S-400 “Triumf” zenit-raket kompleksinin satışı ilə bağlı yekun müqavilə imzalamışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi