Modern.az

Səfir: Qarabağ münaqişəsi Türkiyə üçün ən böyük problemlərdən biridir

Səfir: Qarabağ münaqişəsi Türkiyə üçün ən böyük problemlərdən biridir

15 Sentyabr 2017, 17:24

Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın problemi olduğu kimi, Türkiyə üçün də ən böyük problemlərdən biridir.

 

Modern.az-ın məlumatına görə, bunu Bakının Qafqaz İslam Ordusu tərəfindən daşnak-bolşevik işğalından azad edilməsinin 99-cu ildönümünə həsr olunan tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

 

Səfir qeyd edib ki, Türkiyə və Azərbaycan hər zaman qardaş, dost ölkələr olublar: "Türkiyə həmişə Azərbaycanı dəstəkləyib və dəstəkləyəcək".

 

"TurAz Qartalı - 2017" Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinə toxunan diplomat vurğulayıb: "Bu təlimlər bir daha göstərir ki, Azərbaycan-Türkiyə əməkdaşlığı hərbi sahədə də inkişaf edir və ən yüksək səviyyədədir".

 

Bakının Qafqaz İslam Ordusu tərəfindən daşnak-bolşevik işğalından azad edilməsinin 99-cu ildönümündən də danışan E.Özoral bildirib ki, bu gün Azərbaycanın hər bir yerində türk şəhidlərin qəbirlərinə rast gəlmək olar:

 

"Qəbirlərin bu günə qədər qalması Azərbaycan xalqının sayəsində mümkün olub. Hətta sovet dönəmində azərbaycanlılar bu məzarları öz qohumlarının, qardaşlarının qəbri kimi qoruyub saxlayıblar".

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir