Modern.az

Sabiq prezident barəsində ömürlük həbs qüvvədə qaldı

Sabiq prezident barəsində ömürlük həbs qüvvədə qaldı

Dünya

16 Sentyabr 2017, 21:19

Qahirə Apellyasiya Məhkəməsi Qətərin xeyrinə casusluğa görə azadlıqdan ömürlük məhrum edilən sabiq prezident Məhəmməd Mursi barədə hökmü qüvvədə saxlayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə, həmçinin bu iş üzrə Misirin sabiq prezidentinin üç tərəfdarı barədə ölüm hökmünü təsdiqləyib. Bu cinayət işində Məhəmməd Mursi daxil olmaqla ümumilikdə 11 nəfərin adı keçib. Onlardan üçünü qiyabi mühakimə ediblər.

 

Qeyd edək ki, sabiq prezident və Misirdə qadağan edilmiş “Müsəlman qardaşlar” hərəkatından olan tərəfdarları Mursi hakimiyyətdə olarkən dövləti zəiflətmək məqsədilə ölkənin xüsusi xidmət orqanlarına və ordusuna aid məxfi sənədləri toplamaqda və Qətər kəşfiyyatına ötürməkdə ittiham ediliblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü