Modern.az

Saakaşvili mitinq tələblərini açıqladı

Saakaşvili mitinq tələblərini açıqladı

17 Sentyabr 2017, 22:41

Mixail Saakaşvili Kiyevdə 17 oktyabra təyin etdiyi mitinqdəki tələblərini elan edib. Modern.az xəbər verir ki, Saakaşvili bu barədə özünün sosial şəbəkədəki hesabında yazıb.

Sabiq qubernator bildirib ki, 3 tələbləri var: "Biz vətəndaş fəalları təşəbbüslərinə qoşulmaq qərarı verdik və 17 oktyabrda bu 3 tələblə toplaşacağıq: antikorrupsiya məhkəməsinin yaradılması, deputat toxunulmazlığının ləğvi, yeni seçki qanunvericiliyinin qəbulu. Digər tələblərimizi biz 17 oktyabra qədər bütün Ukraynadan toplayacağıq".

 

Qeyd edək ki, Ukraynanın Baş prokuroru Yuri Lutsenko Mixail Saakaşvilinin 10 sentyabr insidentinə görə ölkə ərazisindən çıxarılmayacaq və həbs edilməyəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir