Modern.az

“Maşın” şounun iştirakçıları bəllidir – 9 xanım, 9 kişi

“Maşın” şounun iştirakçıları bəllidir – 9 xanım, 9 kişi

Mədəni̇yyət

18 Sentyabr 2017, 13:16

Gərgin mübarizə, yuxusuz gecələr, ac və susuz vəziyyətdə saatlarla avtomobil ətrafında dayanan tanınmışlar... Bəli, söhbət “Maşın” realiti şoudan gedir. Əməkdar artist, tanınmış şoumen Murad Dadaşovun “Maşın” realiti-şousunun növbəti buraxılışı tezliklə başlayacaq.

 

Oktyabrdan yayımlanacaq “Maşın”ın yeni sürəti bu dəfə də ATV-də ekranlara çıxacaq. Bu, şounun “Maşın” realiti şousunun 15-ci buraxılışı olacaq.

 

Maraqlıdır, bu buraxılışda tamaşaçıları nə gözləyir? İştirakçılar kimlərdir?

 

Bununla bağlı Murad Dadaşov Modern.az-a açıqlama verib:

 

“Yaxın günlərdə “Maşın” realiti şounun yeni buraxılışı haqqında dəqiq məlumat veriləcək.  Artıq iştirakçılar da bəllidir. Jurnalistlər üçün xüsusi səhər yeməkləri verəcəyəm. İştirakçılar isə  açılış günündə bəlli olacaq. Bu bizim yubiley buraxılışımız olduğu üçün özəl tədbirlər hazırlanır. Biz xüsusi təmtəraqla açılış edəcəyik.

 

Bu buraxılışın adı “Xanımlar və Cənablar” olacaq. Yəni 18 iştirakçıdan 9-u xanım, 9-u isə bəylərdir. Bu məlumat özəldir və hələ bu haqda danışmamışıq”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir