Modern.az

Ən çox ət yeyən ölkələr...

Ən çox ət yeyən ölkələr...

Dünya

18 Sentyabr 2017, 14:11

Ətdən hazırlanan məhsullar dünya xalqlarının mətbəxində önəmli yer tutur. Coğrafi şəraitindən, adət-ənənəsindən asılı olmayaraq,  heyvan əti bir çox xalqların qida rasionunun əsasını təşkil edir. Ətdən qida kimi istifadə olunma ənənəsi ta ibridai icma quruluşuna gedib çıxır.

 

Rəsmi statistika Azərbaycanda ildə adambaşına 36 kiloqram ət istehlak olunduğunu göstərir. Qonşu Rusiya isə bu göstərici 68 kiloqram, Gürcüstanda isə 58 kiloqrama bərabərdir.  

Modern.az BMT-nin Ərzaq və Təsərrüfat Təşkilatının məlumatları əsasında əhalisi il ərzində adambaşına ən çox ət yeyən ölkələrin siyahsını təqdim edir.

 

1. ABŞ- 120 kiloqram

2. Küveyt – 119,2 kiloqram

3. Avstraliya – 111,5 kiloqram

4. Baham Adaları – 109,5 kiloqram

5. Lüksemburq – 107,9 kiloqram

6. Yeni Zellandiya  - 106,4 kiloqram

7. Avstriya – 102 kiloqram

8. Polineziya – 101,9 kiloqram

9. Bermud Adaları – 101,7 kiloqram

10. Argentina – 98,3 kiloqram

 

Vətəndaşları adambaşına ən az ət yeyən ölkələrin ilk onluğu isə belədir:

1. Banqladeş – 4 kiloqram

2. Hindistan – 4,4 kiloqram

3. Burundi – 5,2 kiloqram

4. Şri-Lanka – 6,3 kiloqram

5. Ruanda – 6,5 kiloqram

6. Syerra-Leone – 7,3 kiloqram

7. Eritreya – 7,7 kiloqram

8. Mozambik – 7,8 kiloqram

9. Qambiya -8,1 kiloqram

10. Malavi – 8,3

 

  

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı