Modern.az

Nalbandyan Azərbaycan ərazilərinin qaytarılacağını bildirdi

Nalbandyan Azərbaycan ərazilərinin qaytarılacağını bildirdi

19 Sentyabr 2017, 00:46

Bu gün Ermənistan XİN başçısı Edvard Nalbandyan Altıncı ümumerməni “Ermənistan-Dispora” forumunun iştirakçılarının suallarını cavablandırarkən sensasion bəyanatla çıxış edib. Modern.az  Virtualaz.org-a istinadən xəbər verir ki, E.Nalbandyan ilk dəfə olaraq Qarabağ probleminin tənzimlənməsi çərçivəsində Azərbaycana işğal altında olan ərazilərin qaytarılmasından danışıb.

 

“Söhbət o ərazilərdən gedir ki, Qarabağa nə təhlükəsizlik baxımından, nə də inkişaf nöqteyi-nəzərindən təhlükə yaratmır. Digər təfərrüatları açıqlasam, danışıqlar irəliləməz”, - o bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?