Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtında dəyişiklik edilib.
Modern.az-ın daha əvvəl xəbər verdiyi kimi, iclas sentyabrın 30-da deyil, oktyabrın 2-də keçiriləcək. Bu haqda saytımıza Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirib.
Onun sözlərinə görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, payız sessiyası hər il sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Amma bu il sentyabrın 30-u şənbəyə - istirahət gününə düşdüyündən qərara alınıb ki, iclas oktyabrın 2-də keçirilsin.
Gündəlikdə bir sıra qanunlara dəyişiklər və sazişlərin təsdiqlənməsi ilə bağlı məsələlər müzakirə ediləcək. Bunlar aşağıdakılardır:
Əmək Məcəlləsinə dəyişiklik;
“Diplomatik xidmət haqqında” qanuna dəyişiklik;
“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik;
“Muzeylər haqqında” qanuna dəyişiklik;
“Rəsmi statistika haqqında” qanuna dəyişiklik;
“Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna dəyişiklik;
“Sərhəd qoşunları haqqında” qanuna dəyişiklik;
“Təhsil haqqında” qanuna dəyişiklik;
“Heyvanlar aləmi haqqında” qanuna dəyişiklik;
“Müdafiə haqqında” qanuna dəyişiklik;
“Yanğın təhlükəsizliyi haqqında” qanuna dəyişiklik;
“Dövlət əmlakının özəlləşdirilməsihaqqında” qanuna dəyişiklik.