Modern.az

Elçibəyin qardaşı əməliyyat olunub  

Elçibəyin qardaşı əməliyyat olunub   

19 Sentyabr 2017, 12:18

“Atam bir aydan çoxdur ki, yataq rejimindədir. Həkimlər səhhətinin normallaşmağa doğru getdiyini deyirlər. Hamımız onun yanındayıq. Ümid edirik ki, atamız tezliklə ayağa qalxacaq”.


Bunu Modern.az-a açıqlamasında mərhum eks-prezident Əbülfəz Elçibəyin qardaşı qızı Aygün Əliyeva atasının səhhətindən danışarkən deyib.

Onun sözlərinə görə, Almurad Əliyevin səhhətində 3 ay bundan əvvəl problem yaranıb.

“Atam 3 aydan çox olardı ki, səhhətindən şikayət edirdi. Daha sonra həkimlər əməliyyat olacağını söylədilər. Bir ay olar ki, sidik kisəsindən əməliyyat olunub. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Sudeyif İmamverdiyev əməliyyat edib”.

Aygün Əliyeva mərhum eks-prezident Əbülfəz Elçibəyin adının əbədiləşdirilməsi məsələsinə də toxunub.

“Atamın səhhətində problem yarandığından bəzi məsələlər yarımçıq qalıb. İnşallah sağalıb ayağa qalxan kimi bütün məsələləri yoluna qoyacaq”.


Almurad Əliyevin səhhətində yaranan problemlərdən danışan qızı, kimsənin atasının səhhəti ilə maraqlanmadığını dilə gətirib.

“Atam bir neçə aydır ki, xəstədir, amma heç kəs ona zəng edib maraqlanmayıb. Nə iqtidar, nə də müxalifət tərəfdən kimsənin yadına düşüb. Təəssüf ki, laqeyd münasibət göstərdilər. Atamın heç kəsin maddi yardımına ehtiyacı yoxdur. Ən azı, zəng edib maraqlana bilərdilər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi