Modern.az

Bakıda bal yarmarkası keçiriləcək  

Bakıda bal yarmarkası keçiriləcək   

20 Sentyabr 2017, 08:34

Kənd Təsərrüfatı Nazirliyi   2017-cü il oktyabrın 10-dan  noyabrın 5-dək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23, ünvanda (“A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasını keçirəcək. Nazirlikdən Modern.az-a bildirilib ki, sərgi-satış yarmarkasının açılışı 10 oktyabr tarixdə, saat 12-də olacaq.

         
Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını sentyabrın 19 –dən 30-dək aşağıda göstərilmiş sənədlərlə birlikdə yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər;

 

-        Şəxsiyyət vəsiqəsi 

-        Arıxananın baytarlıq pasportu (şəhadətnaməsi)

-        Rayon baytarlıq idarəsindən verilmiş 2 nömrəli şəhadətnamə

-        Rayon kənd təsərrüfatı idarəsindən arıçının qeydiyyatda olması barədə məktubu. 

        
Yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və Respublika Baytarlıq Laboratoriyasında müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq. Yarmarkaya hazırlıq tədbirlərinin səmərəliliyini artırmaq və vaxt itkisinə yol verməmək məqsədi ilə arıçılıq məhsullarının anbara qəbulu iqtisadi rayonlar üzrə aşağıdakı tarixlərdə həyata keçiriləcək;

-          Lənkəran iqtisadi rayonu üzrə - 18-20 sentyabr

-          Kəlbəcər-Laçın və Yuxarı qarabağ iqtisadi rayonları üzrə - 21  sentyabr

-          Gəncə-Qazax iqtisadi rayonu üzrə - 22-23 sentyabr

-          Şəki-Zaqatala iqtisadi rayonu üzrə - 24-25 sentyabr

-          Quba-Xaçmaz və Abşeron iqtisadi rayonları  üzrə - 26 sentyabr

-          Naxçıvan iqtisadi rayonu üzrə - 27-28 sentyabr

-          Dağlıq şirvan iqtisadi rayonu üzrə - 29 sentyabr

-          Aran iqtisadi rayonu üzrə - 30 sentyabr

 

Eyni zamanda 2017-ci il oktyabrın 9-da şəffaflığın təmin edilməsi məqsədi ilə yerlərin iqtisadi rayonlar üzrə və fərdi qaydada püşkatması keçiriləcək. Püşkatmada bütün arıçıların iştirakı arzu olunur.
Əlaqə telefonları; 1652 (Kənd Təsərrüfatı Nazirliyinin çağrı mərkəzi), (012) 498-94-47,

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi