Modern.az

Yuxarı Qarabağ Kanalından qadın meyiti tapıldı

Yuxarı Qarabağ Kanalından qadın meyiti tapıldı

20 Sentyabr 2017, 12:05

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Yuxarı Qarabağ Kanalının Yevlax rayonu, Kolanı kəndi ərazisindən keçən hissəsində qadın cəsədi aşkarlanıb.

Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub. Cəsəd sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat bu gün saat 09:30-da başa çatıb.

Qarabağ kanalında meyiti tapılan qadının kimliyi də artıq məlum olub. APA-nın xəbərinə görə, qadın 1938-ci il təvəllüdlü Rəsulova Nərgiz Əli qızıdır.

 

N. Rəsulova Qoyunbinəsi kənd sakinidir. Onun ruhi xəstə olduğu bildirilir.

 

İlkin ehtimala görə, N. Rəsulova intihar edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir