Modern.az

Nazirlik jurnalistləri Qəbələ və Oğuza apardı – məktəblərlə tanış olmağa

Nazirlik jurnalistləri Qəbələ və Oğuza apardı – məktəblərlə tanış olmağa

20 Sentyabr 2017, 12:33

Bu gün Təhsil Nazirliyinin təşlilatçılığı ilə Qəbələ və Oğuz rayonlarına media turu təşkil edilib.

 

Modern.az xəbər verir ki, media turda 20-dən çox KİV nümayəndəsi və təhsil ekspertləri iştirak edib. Media-turun təşkil edilməsində məqsəd bu bölgələrdə inşa olunan modul tipli məktəblər haqqında media nümayəndələrinə məlumat vermək və onları həmin məktəblərlə tanış etməkdir/

 

Jurnalistlər əvvəlcə  Qəbələnin Seyidqışlaq kəndində 80 şagird yerlik modul tipli məktəbi ilə tanış olublar.

 

Daha sonra rayonun Aydınqışlaq kənd tam orta məktəbinin əsaslı təmirdən sonra açılış mərasimi olub.

 

Açılış mərasimində Qəbələ rayon icra başçısının müavini, rayon təhsil nümayəndələri iştirak edib.

 

Sonda media nümayəndələri Oğuz rayonunda inşa olunan modul tipli məktəblərlə tanış olacaqlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir