Modern.az

\"Pul yığan müəllim və direktorlar vəzifələrindən azad ediləcək\" - Təhsil Nazirliyi

\

4 Oktyabr 2017, 21:11

5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar təhsil müəssisələrində pul yığılması halları olarsa valideynlər Təhsil Nazirliyinin "146" qaynar xəttinə müraciət edə bilərlər.

 

Modern.az xəbər verir ki, bu barədə "Trend"ə Təhsil Nazirliyindən bildirilib.

 

Nazirlikdən bildirilib ki, bu halların hər biri araşdırılacaq: "Əgər araşdırma zamanı fakt təsdiqini taparsa, məktəblərdə pul yığan müəllim və direktorlar vəzifələrindən azad ediləcəklər".

 

Nazirlikdən o da qeyd olunub ki, belə halları ölkədə müəllim peşəsinin ictimai nüfuzuna xələl gətirir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər