Modern.az

“Gürcüstandakı 21 oktyabr seçkilərinə azərbaycanlılar da fəal hazırlaşırlar”

“Gürcüstandakı 21 oktyabr seçkilərinə azərbaycanlılar da fəal hazırlaşırlar”

Müsahibə

15 Oktyabr 2017, 09:55

Məlum olduğu kimi qonşu Gürcüstanda oktyabr ayının 21-də yerli özünüidarəetmə oqranlarına seçkilər keçiriləcək. Bu seçkilər önəmli olmaqla yanaşı,  ölkənin siyasi ab-havasında ciddi təsirə malikdir. Gürcüstanda soydaşlarımızın yaşadığı Kvemo Kartli bölgəsindəki ümümi ab-havayla maraqlandıq. Məlum oldu ki, partiyaların təqdim etdiyi namizədlərin arasında soydaşlarımız da namizəd kimi təqdim olunmaqdadır.  

 

İlk dəfə isə, hakim “Gürcü arzusu” partiyası namizəd olaraq gənc və perspektivli azərbaycanlı Temur Abbasovu  irəli sürüb. Marneulidə ümümi seçki ab-havası, soydaşlarımızın siyasi fəallığı, hakim partiyanın seçki platforması və gələcək planları haqqında Gürcüstan parlamentinin deputatı, “Gürcü arzusu” partiyasının Marneuli nümayəndəliyi üzrə rəhbəri Ruslan Hacıyev Modern.az-ın suallarını cvablandırıb.

 

- Ruslan müəllim, bələdiyyə və mer seçkilərinə az vaxt qalır. Gürcüstanda yaşayan azərbaycanlıların ölkənin ictimai-siyasi həyatına inteqrasiyası və bu proseslərdə iştirakını necə qiymətləndirirsiniz?

- Gürcüstanda yaşayan azərbaycanlılar bu ölkənin tamhüquqlu vətəndaşı olaraq bütün imtiyazlardan istifadə edərək vətənimizin taleyinə aid olan hər bir prosesdə fəallıq göstərməkdədir. Buna onların seçib seçilmə hüququ da daxildir. Bu gün azərbaycanlılar demək olar ki, hər partiyada təmsil olunurlar, onların öz siyasi baxışları və mövgeyləri var və bu mövgeydən həm namizəd, həm seçici kimi tam sərbəstliklə istifadə edə bilirlər. Bu demokratiya qanunlarının ən vacib amillərindən biridir deyə düşünürəm. Seçim azadlığı, seçilmə hüququ. Eyni zamanda  vətəndaşlar namizədlərlə görüşlərdə fəal şəkildə iştirak edirlər, və seçkilərə böyük ümidlər bağlayırlar.

 

- Seçki öncəsi görüşlər keçirirsiz. Sizcə, xalqın seçkilərlə bağlı fikirləri necədir? İnsanlar seçkilərlə maraqlıdırmı?

 

-Seçki prosesi olduqca məsuliyyətli və ölkənin gələcəyini həll edən prosesdir, ölkənin parlaq gələcəyi isə onun vətəndaşlarının yaxşı yaşamasının qarantıdır. Vətəndaşlar da bunu dərk edərək bu proseslərə olduqca məsuliyyətlə yanaşaraq maksumum şəkildə bu proseslərdə iştirak edirlər. Bunu biz, əhali ilə görüşlərdə müşahidə etmiş oluruq, hər seçki olan  illərdə namizədlərlə görüşlərə gələnlərin sayı artır, bu isə o deməkdir ki, xalqın hakimiyyətlə, məmurlarla və namizədlərlə arasında heç bir subordinasiya, mane və əlçatmamazlıq yoxdur, əhali sərbəst şəkildə öz iradlarını, problemlərini bizlərə çatdırıb onların həlli istiqamətində aparılan işılərlə maraqlanırlar. Eyni zamanda bunu onunla qiymətləndirmək olar ki, ötən seçkilər zamanı verilən vədlər və qaldırılan  problemlər öz həllini tapıb. Statistika aparır və araşdırırıq. Bəlli olur ki, ötən seçkilərdən bu günə qədər  kəndlərdə və regionda qaldırılan önəmli problemlər öz həllini tapıb, bunu isə xalq görür və inamla bizimlə görüşlərə gəlir, biz xalqın güvənini qazanmışıq və onlara sübüt etmişik ki, bu görüşlər görüntü və səs istəmək üçün deyil, bu görüşlər gələcək iş strategiyamızı qurub o problemləri aradan qaldırmaq üçündür.

 

- Seçki platformanızın  nədən ibarət olduğunu bilmək olarmı?

- Platformamızın bir çox sahə üzrə nəzərdə tutulmuş iş planı var. Bu, iqtisadiyyatın yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması, mədəniyyət, təhsil, gənclər və idman, kənd təssərrüfatının inkişafı və s kimi sahələri əhatə edir. Son bir neçə il ərzində bu sahələr üzrə bir sıra layihələr həyata keçirildi, problemlər aradan qaldırıldı, bu dövr isə artıq növbəti mərhəyə start veriləcək. Bilirsiniz ki, Marneuli - kənd təssərrüfatı bölgəsidir, məhsulların artırılması və kəndlərdə insanların işlə təmin olunması üçün  işlərin aparılması prioritet məsələlərdəndir.

İnsrastrukturun gücləndirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkili üçün idman komplekslərinin, stadionlarının tikintisi, məktəb və uşaq bağçalarının tikintisi və s kimi işlərin reallaşması nəzərdə tutulur.

“Gürcü arzusu” partiyasının xarici siyasətdəki hədəfləri də həmçinin daxili siyasətə və vətəndaşlarını rifahına təsir edəcək. Əsas hədəf Avropaya inteqrasiyadır, Avropa ailəsinin üzvü olaraq biz bir çox sahədə uğur əldə etmə şansı əldə edəcəyik buna görə də bu kursu tutaraq ildən ilə irəliləmək hər bir vətəndaşın əlindədir.

 

- Digər bir məqam gürcü tarixində ilk dəfədir ki, merliyə namizədin millətcə azərbaycanlı olmasıdır. Hakim  partiyanın ilk dəfədir ki bu qərara gəlməsi nə ilə əlaqədardır?

- Düşünürəm ki, siyasətdə irq, millət və s kimi çərçivələr əsas rol oynamamalıdır, hər bir işdə əsas odur ki, peşəkar və vicdanlı insan olsun işinin məsuliyyətini dərk etsin. Lakin, “Gürcü arzusu” partiyası əhalisinin çox hissəsi milliyyətcə azərbaycanlı olan bir rayonda namizədin azərbaycanlı olmasını məqsədyönlü istəyərək, gənc, perspektivli və işinin peşəkarı olan namizəd təklif etdi. Bu isə əhali tərəfindən olduqca müsbət qarşılandı.

 

- Temur Abbasovun digər namizədlərlə müqayisədə seçilmə şansını necə qiymətləndirirsiniz?

- Şəxsən öz adımnan bütün namizədlərə uğurlar arzulayıram. Tam səmimiyyətlə söyləyə bilərəm ki, Temur Abbasova rəqib görə bilmirəm, bunu vətəndaş olaraq deyirəm. Keçirdiyimiz görüşlərdə, əhaliyılə apardığımız söhbətlərdə bunu təsdiq etmiş oluram. Bu etibar və inam partiyamızın apardığı islahat və işlərdən  gəlir. Temur Abbasovun tərcüməyi halı, görüşlər zamanı çıxışları və xalqla davranışı onun namizəd kimi xalq tərəfindən sevilib seçkilərdə qalib gələcəyinə böyük ümid və inam yaradır.

 

- Seçkilərdə azərbaycanlıların sayı nə qədərdir?

- Gürcüstanda keçiriləcək bələdiyyə seçkilərində bu il azərbaycanlıların sayı əvvəllki illərlə müqayisədə çoxdur. Bütün partiyalar tərəfindən azərbaycanlılar namizəd olaraq təqdim olunub. Bu həm iqtidar həm də müxalifət partiyaları tərəfindən irəli sürülüb. İqtidar partiyası tərəfindən Marneuli üzrə majoritar deputatların sayı 13 nəfərdir. Bayaq Teymur Abbasovun adını çəkdim. Gənclərin Gürcüstanın ictimai siyasi həyatında fəallığı hiss olunur. Bu da onu göstərir ki, Gürcüstanda yaşayan azərbaycanlılar inteqrasiya mərhələsini keçmək üzrədirlər. Çox fəal şəkildə Gürcüstanın gələcəyi ilə bağlı aparılan işlərdə, siyasi proseslərdə iştirak edir. Ona görə də dövlət əlindən gələni edir ki, azərbaycanlılar işlə təmin olunsunlar, dövlət və qeyri-dövlət strukturlarında çalışsınlar. Bu inkişafımız üçün atılmış müsbət addımdır. Ümumiyyətlə, Gürcüstan hakimiyyəti heç bir zaman burda yaşayan milli azlıqları milliyyətinə görə bölmür. Birmənalı olaraq bu cür siyasət yürüdür ki, Gürcüstan vətəndaşı yerli xalqla birgə eyni hüquqa sahib olsunlar.

 

- Azərbaycanlıların seçilmə şansı nə qədərdir?

- Hər bir partiya öz namizədini təqdim edəndə seçilməyə iddialı olur. Düşünürük ki, partiyadan namizəd təqdim edəndə namizədin nə qədər peşəkar, işini bilən eyni zamanda xalq arasında hörmət sahibi olduğuna diqqət etməlidir. Bu baxımdan hakim “Gürcü arzusu” partiyası namizədləri dediyim bütün kriteriyalara cavab verirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu