Modern.az

İlham Əliyevin İsveçrəyə səfəri başa çatıb

İlham Əliyevin İsveçrəyə səfəri başa çatıb

16 Oktyabr 2017, 16:51

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə təşkil edilmiş görüşündə iştirak edib.

Modern.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər.

Elə bu gün Prezident İlham Əliyevin İsveçrə Konfederasiyasına səfəri başa çatıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi