Modern.az

Telefon, avtomobil ehtiyyat hissələri, mal-qara oğruları tutulub

Telefon, avtomobil ehtiyyat hissələri, mal-qara oğruları tutulub

Aktual

16 Oktyabr 2017, 17:44

Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən vətəndaşlardan və nəqliyyat vasitələrindən oğurluq hallarına qarşı uğurlu tədbirlər həyata keçirilib.
 

DİN-dən Modern.az-a bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın          13-də Seymur Qurbanova məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Seymur Məmmədov tutulub. Ətrafında aparılan tədbirlərlə onun bu ilin iyun-avqust ayları ərzində şəhər ərazisində daha 3 nəfərin mobil telefonlarını oğurlaması da müəyyən edilib.


Keçirilmiş daha bir tədbir zamanı oktyabrın 10-da və 13-də şəhər ərazisində 4 avtomobildən akkumulyator, təkər və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Elməddin Əliyev və Cəbrayıl Babayev tutulublar.



Avqustun 28-də Qazax rayon sakinləri Paşa Əyyubov və qardaşı Həsən Rayonyun Fərəhli kəndi ərazisindəki otlaq sahəsindən 5 baş inəklərinin oğurlanması barədə verilən məlumatla əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakinləri Əziz Əliyev və qardaşı Kainat tutulublar.    

Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə oktyabrın 15-nə keçən gecə Samur qəsəbəsindəki evlərdən birinin həyətindən 9 baş qoyunu oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri Rəhim Butayev və Murad Məhsimov tutulublar.

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cari il sentyabrın 10-dan oktyabrın 3-dək olan müddətdə rayon ərazisindəki 3 quşçuluq sexindən və 1 fermadan təmir-tikinti alətləri, inşaat materialları və 4900 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən şəhər sakini əvvəllər, məhkum olunmuş Elvin Bəydəmirov tutulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı