Modern.az

“Bu, mənim üçün ayrı şərəf oldu” – Bakıya gələn CHP-li millət vəkili

“Bu, mənim üçün ayrı şərəf oldu” – Bakıya gələn CHP-li millət vəkili

16 Oktyabr 2017, 18:17

Cümhuriyyət Xalq Partiyasının (CHP) İzmir Millət Vəkili Atila Sertel  Türk Dünyası Qəzetçilər Federasiyasının dəvəti ilə Bakıda iki gün ərzində keçirilən bütün tədbirlərdə iştirak edib.

 

Modern.az xəbər verir ki, CHP-li millət vəkili Atila Sertel xanımı Zinyət Sertel ilə birlikdə festivalla  yanaşı, “Qorqud ata aşıqlar karvanı” adlı aşıq konsertində iştirak edib.

Sertel, Türkiyə Respublikasının Bakıdakı Səfiri Erkan Özoral və Bakı Dövlət Universitetinin Rektoru Akademik Abel Məhərrəmovu ziyarət edib.

 

 "MƏDƏNİ ƏMƏKDAŞLIQ ARTMALIDIR"

 

Azərbaycanın öndə gələn iki nəşr orqanına müsahibə  CHP İzmir Millət Vəkili Atila Sertel bildirib:

 

"Türkiyə Jurnalistlər Federasiyası Ümumi Rəhbəri kimi qurucuları arasında yer aldığım Türk Dünyası Jurnalistlər Federasiyası çox gözəl və uğurlu layihələrə imza atır.

 

Onlarla sənədli filmin yarışdığı və rekorda imza atanların nümayişinin keçirildiyi Sənədli Film Festivalında ölkəmizi millət vəkili statusunda  təmsil edən yeganə adam olmaq mənim üçün ayrı bir şərəf oldu".

 

İştirak etdiyi tədbirlərdə çıxış edən və Azərbaycan ilə Türkiyənin dostluğunu vurğulayan Atila Sertel, Türk dünyasının öz içindəki mədəni birliyi təmin etməsinin əhəmiyyətinə toxunub.

 

Sertel, bu cür mədəni tədbirlərlə ayrılmağa üz tutmuş körpülərin, mədəni əlaqələrin yenidən bərpa edildiyini dilə gətirib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir