Modern.az

Gənclər və İdman Nazirliyinə yeni təyinat oldu

Gənclər və İdman Nazirliyinə yeni təyinat oldu

Aktual

16 Oktyabr 2017, 19:51

Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə yeni müdir təyin olunub. Modern.az xəbər verir ki, Namiq Samur oğlu Novruzov Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

 

Namiq Novruzov 1978-ci ildə Bakı şəhərində anadan olub.

 

Bakı şəhər 6 nömrəli məktəbdə təhsil alıb. Təhsilinin son, 10-cu sinfini Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində “Timwater  high school” da davam etdirib.

 

1995-96-cı illərdə ABŞ-ın “Centralia Community Colleg” nin siyasi elmlər fakultəsində təhsil alıb.

 

1997-98-ci illərdə London şəhərində hazırlıq kursunda təhsil aıb, 1999-cu ildə İngiltərənin Loverpool  John Murs universitetinə qəbul olunub, daha sonra  isə təhsilini Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakultəsində davam etdirib.

 

2003-2007-ci  illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət  İdarəçilik Akademiyasının hüquq fakultəsində təhsil alıb və oranı  fərqlənmə diplomu ilə bitirib.

 

2007-2011-ci illərdə Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu  Akademiyasının menecment fakultəsində təhsil alıb.

 

2000-ci ildə “BM” hüquq şirkətində hüquqşünas köməkçisi vəzifəsində fəaliyyətə başlamış və 2006-cı ildə həmin şirkətdə vitse prezident vəzifəsinə qədər yüksəlib.

 

2007-2010- cu illərdə müxtəlif şirkətlərdə hüquq şöbəsinin müdiri və direktor vəzifələrində çalışıb.

 

2012-ci ildən Gənclər və İdman Nazirliyində Regionlarla iş və kadrlar şöbəsinin Regionlarla iş sektorunda aparıcı məsləhətçi, 2013-cü ildən isə nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq əməkdaşlıq və beynəlxalq qurumlarla iş sektorunun müdiri səlahiyyətlərini icra edib.

 

2017-ci ilin oktyabr ayında Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü