Modern.az

Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadıldı

Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadıldı

Dünya

16 Oktyabr 2017, 20:30

Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadılıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurası iclasının yekunu olaraq Türkiyənin vitse-prezidenti Bəkir Bozdağ bildirib. Onun sözlərinə görə, qəbul edilmiş qərar Türkiyə Böyük Millət Məclisinə göndərilib.

 

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət ötən il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra üç ay müddətinə tətbiq edilib və sonradan bir neçə dəfə uzadılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır