Modern.az

İlham Əliyev Qırğızıstanın yeni prezidentini təbrik edib

İlham Əliyev Qırğızıstanın yeni prezidentini təbrik edib

Aktual

16 Oktyabr 2017, 22:38

Prezident İlham Əliyev Qırğız həmkarına prezident vəzifəsinə seçilməsi münasibətilə təbrik məkltubu göndərib. Modern.az xəbər verir ki, təbrikdə deyilir:

Hörmətli cənab Jeenbekov,

Qırğız Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qırğızıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!