Modern.az

Suriyada əməliyyat başa çatmaq üzrədir

Suriyada əməliyyat başa çatmaq üzrədir

16 Oktyabr 2017, 23:41

"Suriyada həyata keçirilən antiterror əməliyyatı başa çatmaq üzrədir. Hazırda təcili həllini və Suriyadakı vəziyyətin gələcək inkişafı perspektivinin müzakirəsini gözləyən bir neçə amil mövcuddur". Modern.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu israilli həmkarı Aviqdor Libermanla görüşdə bildirib.

Rusiyanın müdafiə nazirinin sözlərinə görə, hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərindən əlavə, əsas məsələ terrorizmlə mübarizə və regiondakı vəziyyətdir.

Rusiya müdafiə naziri həmkarına Yaxın Şərqdəki vəziyyətlə bağlı bir sıra məsələləri müzakirə etməyi təklif edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?