Modern.az

Siyavuş Novruzov: “Bu müqavilələrə qarşı olanlardan indi Milli Məclisdə oturanlar da var”  

Siyavuş Novruzov: “Bu müqavilələrə qarşı olanlardan indi Milli Məclisdə oturanlar da var”    

31 Oktyabr 2017, 13:13

“Azərbaycan bu il iki mühüm hadisənin şahidi oldu. Birinci “Əsrin müqaviləsi”nin müddətinin uzadılması, o biri də Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı. Bunlar Azərbaycanın tarixi addımlarındadır. Ulu öndərin qarşıya qoyduğu ideyalar addım-addım, əziyyətlər hesabına həyata keçiirlir. Burada ölkə başçınınn böyük əziyyəti, qətiyyəti, iradəsi öz əksini tapır. Bu müqavilələrin hər biri xalqımızın gələcəyi üçün atılan addımlardır”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib. Deputat qeyd edib ki, hər iki müqavilənin bağlanmasında iştirak edib və buna görə çox xoşbəxtdir.

“Bu müqavilələr imzalanan zaman bir çoxları onları röya adlandırırdı. Lakin tarix sübut etdi ki həmin şəxəslərin düşüncəsi xülyadır. Onların içərisində prezidentliyə namizədlər də var idi. Tarix sübut etdi ki həmin şəxəslərin düşüncəsi xülyadır. Azərbaycanın ümumilli lderinin uzaqgörən siyasəti 25 ildən sonra həmin şəxslərə başa saldı ki, atılan addımlar nə qədər duzgündür. Və vaxtında atılıb”.

Siyavuş Novruzov qeyd edib ki, vaxtilə bu müqavilələri bəyənməyənlər, eyni zamanda, onun səmərəli olmasını deyənlər arasında indi Milli Məclisdə oturanlar da var.

“Bu, özü çox yaxşı haldır, onlar başa düşdü ki, Azərbaycan hakimiyyəti düzgün addım atır. Azərbaycan prezidentinin attdığı hər addım xalqımızın mənafeyinə hesablanıb. Azərbaycan dünyada öz sözünə əməl edən, dövlət başçısı sözünün üstündə duran prezident kimi qəbul olunur və dəstəklənir. Bu gün də quruculuq abadlıq işlərinə xüsus önəm verilir. Azərbaycanda 3 mindən artıq məktəb, zavod, fabrik, yollar, körpülər tikilib, qurulub. Bütün bunlar həmin müqavilələrin sayəsində əldə olunan maliyyə hesabına başa gəlib”. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!