Modern.az

Qurban Qurbanov bu şərtlə milli komandaya gəlməyə RAZILAŞDI - Baş məşqçi təyin olundu

Qurban Qurbanov bu şərtlə milli komandaya gəlməyə RAZILAŞDI - Baş məşqçi təyin olundu

3 Noyabr 2017, 10:07

Son zamanlar Azərbaycanın futbol üzrə milli komandasının baş məşqçisi postuna "Qarabağ"la Çempionlar Liqasında uğurlu nəticələr qazanan Qurban Qurbanovun təyin ediləcəyi ilə bağlı ölkə söz-söhbətlər yayılmışdı. Artıq bu söhbətlər öz təsdiqini tapdı...

 

”Qarabağ FK”nın mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, Qurban Qurbanov bir neçə şərtin müqabilində millimizdə işləməyə razı olub. 

“Bu şərtlərdən biri də Azərbaycanın əsas və aşağı yaş milli komandalarına nəzarətin şəxsən özünə verilməsi olub”,-deyə bildirilib.

Bu gün səhər Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.

AFFA-dan Modern.az-a verilən məlumata görə, gündəlikdəki ilk məsələ Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi olub.

Aparılan müzakirələrdən sonra Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin olunub.


Q.Qurbanov milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqaviləsinin müddəti başa çatdıqdan dərhal sonra başlayacaq.


O, eyni zamanda "Qarabağ"ın da məşqçisi olacaq.

Xatırladaq ki, AFFA Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki ilə müqaviləni uzatmayıb.

Millimiz R.Prosineçkinin rəhbərliyi altında DÇ-2018-in seçmə mərhəlisini 10 xalla 5-ci pillədə başa vurub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı