Modern.az

Bir şəklin tarixçəsi: General ŞƏHİD ANASInın əlini öpür - FOTO  

Bir şəklin tarixçəsi: General ŞƏHİD ANASInın əlini öpür - FOTO   

Qarabağ

4 Noyabr 2017, 16:58

odern.az saytı “Bir şəklin tarixçəsi” rubrikasında növbəti fotonu təqdim edir.

Zaman 1 noyabr 2017-ci il, məkan Azərbaycan Texniki Universiteti...


Universitetdə gənclərin milli vətənpərvər ruhda tərbiyələndirilməsi məqsədi ilə AzTU-nun məzunu olmuş şəhid və Milli Qəhrəmanların xatirə muzeyinin açılışı...
Muzeyin açılışından sonra iştirakçılar 1997-ci ildə əsir düşməmək üçün özlərini partladan 7 xüsusi təyinatlı kəşfiyyatçımıza həsr olunmuş “Səkkiz oğul istərəm...” filminə təqdimat keçirilib.

1997-ci il aprel ayının 7-də 8 nəfərdən ibarət xüsusi təyinatlı kəşfiyyat qrupu xüsusi tapşırıqla düşmənin arxasına göndərilir və düşmənlə təmas xəttindən təxminən 40-50 kilometr irəliləyərək tapşırığı yerinə yetirir.  Lakin qrup geri qayıdarkən təsadüfən düşmən tərəfindən aşkarlanır. Kəşfiyyatçılarımız mühasirə şəraitində  müxtəlif manevrlər edərək üç gün döyüşürlər. Qəhrəman döyüşçülərimiz  sonda düşmənə təslim olmamaq üçün qumbara ilə özlərini partladaraq şəhid olurlar.

Onlardan yalnız biri, çavuş Aqil Əhmədov ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşür. Sonralar o, əsirlıikdən azad edilir, lakin sağlamlığənı həmişəlik itirir...


Bu şəkildə həmin tədbirə dəvət olunmuş şəhid analarından biri və onun əlini öpən ehtiyatda olan general-leytenat Yaşar Aydəmirov təsvir olunub.

Dövlətçilik, vətəndaşlıq, vətənpərlik bütün sahələrdə təbliğ edilməli, sevgi və ehtiram hədəfinə çevrilməlidir. Torpaqlarımız uğrunda canından keçən şəhidlərimiz, qəhrəmanlıq göstərən döyüşçülərimiz Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün bir örnəkdirlər...

Onlar Azərbaycan cəmiyyətinə vətənpərvərlik, fədakarlıq, məğlubedilməzlik nümunəsi göstəriblər.

Onların adları yeniyetmə və gənclərdə vətənə, torpağa, elə-obaya, orduya məhəbbət ruhu, düşmə­nə ni­frət hissləri aşılayır.

O şəhidlərin mübarizə yolu cəmiyyətə örnək, gənclərə nümunədir... Şəhid anaları də həmçinin..


Şəhid anasının əlini öpən general... İbrətamiz mənzərədir... Deyilmi?..

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır