Modern.az

Fətəli xan Xoyski bir korrupsiya faktına görə İSTEFA VERMİŞDİ

Fətəli xan Xoyski bir korrupsiya faktına görə İSTEFA VERMİŞDİ

Ədəbi̇yyat

16 Noyabr 2017, 17:54

Gələn il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.

Modern.az saytı 1918-ci il 28 may tarixində əsası qoyulan bu möhtəşəm tarixə aid “AXC-100” silsiləsi altında hazırladığı müsahibə, araşdırma, məqalələrini davam etdirir.

Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətindən danışdıqda Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli kimi azsaylı insanların adlarını çəkməklə, onlar barəsində yazıları oxumaqla kifayətlənirik. Lakin heç onlar barəsində də bəzi lazımı bilgilər çox da araşdırılayıb. Xüsusən də, ayrı –ayrı zamanlarda Cümhuriyyətin bütün yükünü çiyinlərinə alan baş nazirlər Fətəli xan Xoyski və Nəsib bəyin fəaliyyətlərinin müəyyən çətin mərhələri  barəsində araşdırma mediasında o qədər də çox yazılara rast gəlinmir.


Məsələn, Fətəli xan Xoyskinin fəaliyyəti və onun birinci hökumət kabinəsindən niyə istefa verməsi haqqında fakt çox işıqlandırılmayıb. Halbuki, o faktın özündə də Xoyski şəxsiyyətinin böyüklüyünü görürük. Çünki o, tabeliyində çalışan bir şəxsin korrupsiyaya əl atdığını görüb, onu cəzalandırmaqla yanaşı, özü də baş nazir postundan istefa verir. Bu bütün dünya üçün ibrətamiz addımdır.

 

Araşdırmaçı alim Əli Şamil açıqlamasında bu fakta ətraflı toxunur:

“Azərbaycan Milli Şurası belə çətin bir anda 1918-ci il noyabrın 19-dakı iclasında 120 nəfərdən ibarət parlament yaratmaq haqqında hökumətin təqdim etdiyi qanun layihəsini bəyəndi.

Yeni yaradılmış Azərbaycan Respublikası parlamentinin 1918-ci il ilk iclasında Fətəli xan Xoyski hökumətin çox mürəkkəb tarixi şəraitdə gördüyü işlər haqqında hesabat verib. Parlament hökumətin təşkilini və ona rəhbərliyi yenidən Fətəli xan Xoyskiyə tapşırdı. Dekabrın 26-da Fətəli xan hökumət proqramı və hökumətin tərkibi barədə parlamentdə çıxış edib. Bu hökumətdə Xoyski həm də xarici işlər naziri vəzifəsini tuturdu.

Fətəli xan yüksək əxlaq sahibi və vicdanlı dövlət xadimi idi. 1919-cu ilin fevralında onun hökumət kabinəsində çalışan bir şəxsin neftlə bağlı korrupsiyada iştirakını öyrənəndə baş nazir vəzifəsindən istefa verdi. Onun özünə qarşı heç bir şübhə olmasa da, vəzifədən getməyə üstünlük verdi.

Fətəli xan Xoyski Azərbaycan Cümhuriyyəti dövründə üç dəfə hökumət kabinəsini formalaşdırmaq etimadını qazanmışdı. 1919-cu ilin dekabrında isə Nəsib Yusifbəylinin təşkil etdiyi hökumətdə xarici işlər naziri vəzifəsini tutmuş və 1920-ci ilin aprel hadisələrinə qədər həmin vəzifədə çalışmışdı”.


E. Nihad

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu